Şabranda 300 hektar ərazi yanıb- YENİLƏNİB

Şabranda 300 hektar ərazi yanıb- YENİLƏNİB

Şabran rayonunda başlayan güclü yanğın söndürülüb.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın zamanı Gəndob kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb.
 
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
 
Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.
 
 
Yanğının başvermə səbəbləri araşdırılır.
 
 
***
 
 
14:01
 
 Şabran rayonunda güclü yanğın başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Gəndob kəndi ərazində qeydə alınıb.
 
Alov qısa müddət ərzində geniş əraziyə yayılıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. İlkin ehtimala görə, yanğın 500 hektar ərazini əhatə edir.
 
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.//
 

Google+ WhatsApp ok.ru