ABŞ İraqı 3, Suriyanı 5 hissəyə parçalamağa çalışır

Amerikanın ali rütbəli ordu komandanlarından biri İraqı 3, Suriyanı 5 yerə bölməyin zəruri olduğunu vurğulayıb. Suriyanın parçalanmasını ABŞ XİN də mühüm hesab edir. Bu sözləri Ali Rəhbər Ayətullah Xameneinin büynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti iraqlı alimlər və ekspertlərlə görüşdə deyib. 

Maide.Az xəbər verir ki, Ə.Vilayəti deyib ki, İraq xalqının nailiyyətlərinə görə sizi təbrik edirəm. İran və İraq xalqları həmişə bir olub, bu gün birdir. Bu iki xalq arasında ayrılıq salmaq planları boşa çıxacaq."İraqda müqəddəs yerlərin olması İran xalqı üçün çox cazibədardır. Məşhəddə İmam Rizanın (ə) hərəminin olması da iraqlıları İrana çəkir.Bizim nəzərimizcə İraq hazırda potensial, gələcəkdə real aparıcı ərəb ölkəsidir."

İraq üçün milli birlik çox mühüm amildir. Düşmən İraqa sahib olmaq, bu ölkəni parçalamaq istəyir... 

 

Google+ WhatsApp ok.ru