ABŞ səfirliyi qarşısında güclü partlayış

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi qarşısında güclü partlayış baş verib. Hadisədə kamikadze idarə etdiyi maşını düz səfirliyin giriş qapısında partladıb. 
 
Hadisə yerinə baxış keçirilərkən ölən hərbçilərin cəsədləri tapılıb. Lakin ölənlərin dəqiq sayı barədə məlumat verilməyib.
 
Terror aktına görə məsuliyyəti Taliban hərəkəti öz üzərinə götürüb.
 
Qeyd edək ki, bu il Amerika qoşunlarının Əfqanıstanda fəaliyyəti sona yetir. ABŞ qoşunlarının böyük əksəriyyəti artıq Əfqanıstandan çıxarılıb. Pentaqon çox az sayda hərbçisini Əfqanıstanda saxlayacağını bəyan edib.

Google+ WhatsApp ok.ru