İŞİD edam etdiyi qərbliləri nə üçün narıncı rəngdə geyindirir?

İraq və Suriyanı viran qoyan "İslam Dövləti" terror təşkilatı bütün dünyanın diqqət mərkəzindədir. İŞİD silahlıları yaşlı, cavan, körpə - heç kəsə fərq qoymadan onları qətlə yetirir, baş kəsirlər. Üstəlik, elədikləri bu cinayətləri Allah yolunda cihad sayaraq başkəsmə görüntülərini videoya çəkib sosial şəbəkələrdə yayırlar. Bu edam səhnələrində diqqət çəkən bir məqam var. Belə ki, İŞİD bu günə kimi başını kəsdiyi iki amerikalı jurnalist və bir ingilisə məhz narıncı rəngdə libas geyindirir. Niyə məhz narıncı rəng? Bunun bir simvolik mənası və yaxud dini cəhətdən izahı varmı? İŞİD bu rəngli libasda qərbliləri edam etməklə hansı mesajı vermək istəyir? Bu suallara aydınlıq gətirmək üçün facebook sosial şəbəkəsində də kiçik sorğu keçirdik.
 
Facebook istifadəçilərinin qısa zamanda irəli sürdüyü ümumi mülahizədən belə məlum oldu ki, İŞİD bununla Ağ Ev sahibinə ismarış göndərir. Belə ki, Amerika dövləti ömürlük məhbusların olduğu Quantanamo həbsxanasında dustaqları narıncı rəngli geyimdə saxlayır.
 
Başqa bir iddiaya görə, massonlarda narıncı rəng xoş xəbər müjdəçisi, parlaq gələcəyin mənasını verir.
 
Ancaq daha inandırıcı və məntiqli mülahizə Quantanamo ilə bağlıdır. Çünki Qərbi və Amerikanı hədələyən terror qruplaşması əslində İŞİD lideri Əbubəkr əl - Bağdadinin qisasını aldığını nümayiş etdirmək istəyir.
 
Təsadüfi deyil ki, əl-Bağdadi Quantanamo həbsxanasında saxlanıb və onun ABŞ tərəfindən "verborvka" edilərək ortaya atıldığı iddia edilir. Buna sübut kimi ABŞ senatoru Con Makkeynlə əl-Bağdadinin birgə yayılmış fotosu da var.
 
Siyasi şərhçilər də hesab edirlər ki, İŞİD və onun lideri əl-Bağdadi özündən əvvəlki marginal təşkilat olan "əl-Qaidə" ilə rəhbəri bin Laden kimi Amerika tərəfindən təsis edilən növbəti terror qrupudur.

Google+ WhatsApp ok.ru