ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək həbs edilib 10 İyun 2015 01:00 Dünya ABŞ-ın Qahirədəki səfirliyinin əməkdaşı terrorçuluqda şübhəli bilinərək, Misirin dövlət təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Yerli KİV-lərin məlumatına görə həbs edilən şəxs təhlükəsizlik orqanının əməkdaşı olmuş 42 yaşlı Əhməd Əlidir. Misirin Dövlət Təhlükəsizliyi Prokurorluğu onu islamçı “Heluan briqadası” terror qruplaşmasının fəaliyyəti ilə əlaqəsi olmaqda ittiham edir. Qurumun fikrincə, Əhməd Əli nəinki bu qruplaşmaya rəhbərlik edib, həm də paytaxt kənarında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücumda bilavasitə iştirak edib. Amerika diplomatik missiyasının rəsmi nümayəndəsi səfirlikdə işləyən Misir vətəndaşının saxlandığını təsdiqləyib. Qeyd edib ki, onlar ittiham irəli sürülməsi və digər hüquqi proseslərlə bağlı Misirin müvafiq qurumu ilə əlaqə saxlayırlar. Teqlər : #ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək həbs edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT baş katib iyunun 14-ü i Yəmənlə bağlı danışıqlarda iştirak edəcək Taliban Əfqanıstanda ABŞ bazasına raketlə hücum etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO