BMT baş katib iyunun 14-ü i Yəmənlə bağlı danışıqlarda iştirak edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Yəmənlə bağlı iyun ayının 14-ü Cenevrədə keçiriləcək danışıqlarda iştirak edəcək. Maide.az-ın verdiyi məlumata görə, BMT-nin Cenevrədəkı nümayəndəliyinin rəsmi nümayəndəsi Əhməd Fauzi bu barədə bildirib. Onun sözlərinə görə, danışıqlar iyun ayının 12-nə kimi davam edəcək: "Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun iyun ayının 14-ü Cenevrəyə səfər edəcək. O, Yəmənlə bağlı keçiriləcək danışıqların açılışında iştirak edəcək"
 
Əhməd Fauzi Yəmənlə bağlı danışıqların qapalı formatda keçiriləcəyini vurğulayıb.

Google+ WhatsApp ok.ru