ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsi təqdim edilib

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsi təqdim edilib

ABŞ Senatının Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsinin rəhbəri Ed Roys Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini təqdim edib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi Rusiya tərəfindən yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin pozulması göstərilir.
 
“Bu yaxınlarda Rusiya tərəfindən qadağan olunan nüvə başlıqlı raketlərin yerləşdirilməsi ABŞ-ın milli təhlükəsizlik sahəsində maraqlarına təhlükə kəsb edir”, deyə E.Roys bildirib.
 
Qeyd edək ki, iyunun 14-də ABŞ Senatı səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib. Yeni sanksiyalar Rusiya banklarının bazar maliyyələşdirilməsinin maksimum müddətinin 14 günə qədər, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılmasını nəzərdə tutur.
 

Google+ WhatsApp ok.ru