ABŞ İsrail-Fələstin danışıqlarına nümayəndə heyəti göndərəcək

"Qəzzada 72 saatlıq atəşkəs problemin həlli yolu deyil, amma uzunmüddətli atəşkəs üçün vasitə ola bilər." Maide.-az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.
 
Onun sözlərinə görə, humanitar yardımların çatdırılması üçün yaradılmış atəşkəs fasiləsi həm də qan tökülməsinə son vermək üçün bir fürsətdir.
 
Kerri həmçinin Misirin xarici işlər naziri Sameh Şukri ilə danışdığını bildirib: “Misir tərəfləri Qahirəyə dəvət edərək, danışıqlar üçün təşəbbüs göstərəcək. Tərəflər həm İsrailin təhlükəsizliyi, həm də Qəzzadakı dinc insanların həyatını qorumaq barədə razılığa gəlməlidir. Biz də öz tərəfimizdən Qahirəyə bu danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti göndərəcəyik. Bunu dəyərləndirmək və sülh naminə addımlar atmaq lazımdır”.

Google+ WhatsApp ok.ru