Hizbullah ilk İraq şəhidini dəfn etdi

Livan Hizbullahı və  Əl-Bəqa vilayətinin Məşqərə şəhərinin sakinləri Hacı İbrahim Abdullah adlı Hizbullah komandirinin dəfn mərasimində iştirak ediblər. 

 

Maide.az-ın ABNA.ir-ə istinadən verdiyi məlumatına görə, İbrahim İraqın Neynəva vilayətinin Tel-Afər kəndindəİmam Hüseyn batalyonunda İraq qoşunlarına təlim zamanı şəhadətə yetişib.

 

O,İraqdakı terrorçularla mübarizədə həlak olan Livan Hizbullahının ilk şəhididir.

 

Yerli mənbələr Livanın İsraillə 33 günlük müharibəsində Hacı İbrahim Abdullahın hərbi lider kimi mühüm xidmətləri olduğunu bildirib. Onun oğlu atasının yolunun davamçısı olduğunu dəfn mərasimində hərbi geyimlə iştirak etməsi ilə nümayiş etdirib.

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru