AB İsrail rejimindən tikintiləri dayandırmasını istədi

Avropa Birliyi (AB) İsrail rejimindən Fələstin topraqlarında yeni mənzil inşası qərarını ləğv etməsini və yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmasını istəyib.
 
Maide.az-ın məlumatına görə, Avropa Xarici Fəaliyyət Xidmətindən bildiriblər ki, İordan çayının qərb sahilin və Şərqi Qüdsdə yaşayış sahələrinin daha da genişləndirilməsinin, İsrailin regionda daha əvvəl müzakirə edilmiş iki dövlətli həll və sülh prosesinə sadiqliyini sual altına salır.
 
İsrailin İordan çayının qərb sahilində icazəsiz məntəqə inşa etməsinin bölgədə iki dövlətli həllə zərər verdiyinə diqqət çəkilən açıqlamada, "AB İsrail hökumətindən iki dövlətli həll yalnız şifahi deyil, hərəkətləri ilə də bağlılığını göstərməsini gözləyir", - deyə bildirilir.
 
Beynəlxalq hüquqa görə, regiondakı bütün İsrail məskunlaşmalarının qeyri-qanuni olduğu, sülh və təhlükəsizlik üçün beynəlxalq hüquqa bağlılığın əsas götürülməsinin lazım olduğu bildirilən açıqlamada, "Biz, İsraildən verilən son qərarını geri çəkməsini istəyirik" deyilir.
 
AB İsrailin yaşayış məntəqələrini genişləndirmə siyasətlərini tənqid edərək, bu istiqamətdəki divar tikintisi, dağıntılar, müsadirələr, zorla çıxarmalar, qanunsuz keçid məntəqələri, tətbiq olunan zorakılıq, hərəkət və keçid maneələr kimi davranışlara qarşı olduğunu xüsusi vurğulayır.

Google+ WhatsApp ok.ru