Hind okeanında itkin düşmüş Boeing-777 təyyarəsinin qalıqları tapılıb

Hind okeanında “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin qalıqları tapılıb.
 
Müstəntiqlər Boeing şirkətinin hava təhlükəsizliyi üzrə eksperti ilə birgə qalıqların itkin düşmüş təyyarəyə məxsus olduğunu təsdiqləyiblər.
 
Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

Google+ WhatsApp ok.ru