ABŞ Suriyaya `daha 250 hərbçi göndərəcək`

ABŞ prezidenti Barack Obama Suriyadakı Amerika hərbi kontingentini 250 nəfər genişləndirmək üçün qərar qəbul edib, Qərb mətbuatı Ağ Evin yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
Gözlənilir ki, Obama ölkəsinin Avropa müttəfiqləri ilə danışıqlar üçün gəldiyi Almaniyanın Hannover şəhərində bazar ertəsi çıxışı zamanı öz qərarını rəsmən elan edəcək.
Hazırda Suriyada amerikalı xüsusi təyinatlılarının 50-yə yaxın döyüşçüsü var. Beləliklə, yeni qüvvələr Suriyaya göndərildikdən sonra kontingentin sayı 300 nəfərə qədər, yəni altı dəfə artacaq.
Wall Street Journal qəzeti öz mənbələrinə istinadən iddia edir ki, Suriyaya göndəriləcək hərbçilərin əksəriyyəti xüsusi qüvvələrdir, lakin onlarla birlikdə təchizat xidməti və tibbi heyət də göndərəcək.(bbc)
 

Google+ WhatsApp ok.ru