Qazaxıstanda torpaq etirazı 25 Aprel 2016 01:00 Dünya Aprelin 24-də Qazaxıstanın Atırau şəhərində minədək insan etiraz aksiyasına çıxıb, hökumətin torpağı hərracda satmaq qərarına etiraz edib. Bu, Qazaxıstan üçün görünməmiş etiraz aksiyası sayılır. Əhali narahatdır ki, torpaq məcəlləsinə dəyişikliklərdən sonra torpağın xaricilərə satılmasına icazə verilər. Hökumət bunun baş verməyəcəyini bildirsə də, narahatlıq qalır. Rəsmilər aksiyanın keçirildiyi mərkəzi meydana gəlib, etirazçılar qarşısında çıxış edib, narahatlığın əsassız olduğunu bildirib, onları dağılışmağa çağırıb. Aksiya üçün öncədən icazə alınmamışdı. Etirazçılar dağılışmayıb, bir neçə saat meydanda qalıb. Ərazidə xeyli sayda polis və mülkigeyimlilərin olmasına baxmayaraq, zor tətbiq olunmayıb. (azadliq.org) Teqlər : #Qazaxıstanda torpaq etirazı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Əlinin (ə) mövludu Sankt-Peterburqda -Foto ABŞ Suriyaya `daha 250 hərbçi göndərəcək`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO