ABŞ təyyarəsi Həccdən qayıdan zəvvarı qarşılamağa gələnləri vurdu, 18 nəfər həlak oldu

ABŞ təyyarəsi Həccdən qayıdan zəvvarı qarşılamağa gələnləri vurdu, 18 nəfər həlak oldu

Əfqanıstanın şərqində Həccdən qayıdan zəvvarı qarşılamağa gələnlər ABŞ pilotsuz təyyarəsi tərəfindən vuruldu, 18 nəfər həlak oldu. 
 
Maide.Az xəbər verir ki, bu gün Əfqanıstanın Nəngahar əyalətində baş verən hücumda dinc sakinlər həlak olub. “Açin bölgəsində Həcc ziyarətindən qayıdan şəxsin evində toplaşan şəxslərə pilotsuz təyyarələr hücum edib. 18 nəfər həlak olub, 13 nəfər isə yaralanıb”. 
 
Amerika ordusunun sözçüsü bu gün Açin bölgəsində hava hücumunun təşkil olunduğunu təsdiqləyib və bildirib ki, bu əməliyyat terrorçulara aid bir əməliyyat olub.
 
ABŞ ordusunun sözçüsü dinc sakinlərin bu hücumda ölməsi ilə bağlı məlumatları araşdırdıqlarını bildirib. 
 

Google+ WhatsApp ok.ru