İslamofobiyaya qarşı sosial media kampaniyası

İslamofobiyaya qarşı sosial media kampaniyası

 
Kampaniya Tviter, Feysbuk və İnstaqram vasitəsi ilə xalqın İslam əleyhinə ayrı-seçkilik və mədəni həssaslıq məsələsində maarifləndirilməsi məqsədini güdür.
 
Maide.Az xəbər verir ki, təxminən 500 min müsəlmanın yaşadığı Nyu-yorkda 2001-ci 11 sentyabr hücumlarından bəri müsəlman cəmiyyətinə qarşı işlənən nifrət cinayətlərində artım olub. 
 
Nyu-York şəhərinin bələdiyyə sədri Bill De Blasio yeni sosial reklam kampaniyası ilə İslamofobiya ilə mübarizəyə başlayıb.
 
Bələdiyyə sədri bir neçə təşkilatla birgə keçirdiyi kampaniyada, "#ıammuslimnyc" şüarı ilə Tviter, Feysbuk, və İnstaqram vasitəsi ilə insanları İslam əleyhinə ayrı-seçkilik və mədəni həssaslıq məsələsində maarifləndirməyi planlaşdırır.
 
Bələdiyyənin, 2017-ci ildə şəhərin dini müxtəlifliyinin qorunması və əcnəbi düşmənçiliyinə qarşı mübarizə mövzusunda 8 milyon 400 min əhalisi olan şəhər xalqını maarifləndirmək məqsədilə daha geniş media kampaniyası başlaması gözlənilir.

Google+ WhatsApp ok.ru