ABŞ təyyarələri Kərbəlada tikilməkdə olan beynəlxalq hava limanını bombalayıb - FOTO

ABŞ təyyarələri Kərbəlada tikilməkdə olan beynəlxalq hava limanını bombalayıb - FOTO

Ötən gecə ABŞ qüvvələri İraq Hərbi Qüvvlərinə məxsus müxtəlif obyektlərə 10-a yaxın zərbə  endirib. 
 
Maide.Az İSNA-a istinadla xəbər verir ki, ABŞ qüvvələrinin bombaladığı obyektlər arasında Kərbəla şəhərində tikilməkdə olan  beynəlxalq hava limanına məxusus  bina da olub. 
Məlumata görə,  hücum nəticəsində  hava limanının  tikintisinə çalışan bir işçi şəhid olub. 
 
Qeyd olunur ki,  ABŞ qüvvələrinin İraq Hərbi Qüvvələrinə məxsus obyektləri bombalaması nəticəsində  ümumilikdə İraq ordusundan 1 əsgər,  2 İraqlı polis,  1 siravi vətəndaş həyatını itirib.  Eləcə də hücum nəticəsində Həşdi Şəbi qüvvələrindən 4 nəfər,  3 İraq polisi və 3 əsgər  yaralanıb. 
 
Qeyd edək ki,  ABŞ  bu hücumu iki gün öncə axşam ABŞ hərbçilərinin yerləşdiyi Taci hərbi bazasının  “Katyuşa” ilə vurulmasına cavab olduğunu bildirib.  Həmin hücumda 3 ABŞ və 1 İngiltərə hərbçisi ölmüşdü. 
 
Xatırladaq ki,  ötən ilin axırlarında da ABŞ-ın İraqdakı K1 hərbi bazası bombalanmış və 1 nəfər ABŞ hərbçisi həyatını itirmişdi.  Buna cavab olaraq ABŞ Kətaib Hizbullahın düşərgəsini bombalayaraq 30 nəfər mücahidi qətlə yetirmişdi. Sonra məlum oldu ki, K1 hərbi bazası Kərkükün İŞİD nəzarətində olan bölgəsindən atılan raketlərlə vurululubmuş. 
 

Google+ WhatsApp ok.ru