`ABŞ Tikritin azad olunmasına əngəl törədir`

İraq Parlamentinin nümayəndəsi Hənnan Fətlavi Amerika Mərkəzi Kəşfiyyat Agentliiyi- MKA-nın sabiq rəisi David Petrausun İraqın könüllü xalq qüvvələrinə qarşı iddialarına cavab olaraq bildirib  ki, Amerika dövləti Tikritin azad olunmasına əngəl törədir.
Maide.az xəbər verir ki,  İraq Parlamentində "İradə" fraksiyasının sədri Hənnan Fətlavi Amerika Mərkəzi Kəşfiyyat Agentliiyinın sabiq rəisinin İraqın könüllü xalq qüvvələrinin İraqın sabitliyi üçün terrorçu İŞİD ünsürlərindən daha təhlükəli olmasına dair iddialarını kəskinpisləyib."Qəhrəman xalq qüvvələrini terrorçu İŞİD qrupunun vəhşi və qaniçən ünsürləri ilə eyni bilmək nəinki insafsızlıq, həm də siyasi savadsızlıqdır." 
H.Fətlavi deyib ki, Amerika və onun əlaltıları  xalq qüvvələrinə qarşı təbliğat kampaniyasına başlayblar. Buna  nümunə isə David Petrausun sözləridir.
H.Fətlavi Petrausun məsuliyyətsiz sözlərini İraqın daxili işlərinə müdaxilə, İraq şəhidlərinin qanına və cəmiyyətin böyük bir hissəsinə, eləcə də İraqı müdafiə üçün meydana çıxmış hər kəsə qarşı hörmətsizlik adlandırıb./
 

Google+ WhatsApp ok.ru