Dağıstanda terrorizmdə şübhəli bilinən 7 nəfər öldürülüb

Rusiya qüvvələri Dağıstanda terrorizmdə şübhəli bilinən 7 nəfəri öldürüb.
Frans-Press-in məlumatına görə, Rusiyanın təhlükəsizlik qüvvələri bildiriblər ki, bu şübhəlilər şənbə günü Dağıstanda keçirilən əməliyyatda öldürülüb. 
Məlumata görə, həmin şəxslər terror qruplaşmasının üzvü olublar. Onlar polis qüvvələrinə hücum edir və öz maliyyə mənbələrini təmin etmək üçün yerli iş adamlarından bac alırmışlar. /

Google+ WhatsApp ok.ru