ABŞ və Rusiya Suriyada təyyarələrinin toqquşmaması üçün danışıblar

Rusiyanın Suriyaya qırıcı təyyarələr göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbiyyələrini danışıqlara gətirib

Reuters agentliyi ABŞ rəsmilərinə istinadən bildirib ki, Rusiyanın Suriyaya qırıcı təyyarələr göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbiyyələrini danışıqlara gətirib.
 
Xəbərdə deyilir ki, əməliyyatların aparıldığı hava məkanının çox kiçik olması Rusiya və ABŞ koalisiyası təyyarələrinin havada toqquşması ehtimallarını artırıb və buna görə də ABŞ müdafiə naziri Ash Carter rusiyalı həmkarı Sergey Şoyqunun “söhbət etmək” çağırışına müsbət cavab verib.
 
ABŞ müdafiə rəsmiləri bildiriblər ki, belə hallarda, hərbçilərin təbirincə deyilsə “dekonfliksiya” üçün koordinasiya razılaşmasının əldə edilməsi zəruridir.
 
Pentaqon rəsmisi Peter Cook bildirib ki, iki nazir, Suriyada Rusiya və ABŞ koalisiyasının qeyri-iradi toqquşmaları ehtimalının aradan qaldırılması mexanizmini müzakirə ediblər.

Google+ WhatsApp ok.ru