`ABŞ və Səudiyyə Ərəbistanlı zabitlər hər gün görüşür və Yəməndə günahsız insanların qətliamı üçün plan hazırlayır`

Amerikada çap edilən “Dissident Voice” qəzeti ABŞ və SəudiyyəƏrəbistan hərbçilərinin Yəməndə dinc xalqın qətliamı ilə bağlı planlarını ifşa edib.
Maide.az xəbər verir ki, "Dissident Voice" qəzeti çərşənbə günü öz internet səhifəsində ABŞ medialarının Səudiyyə Ərəbistanın Yəmənə olan hücumlarını düzgün formada işıqlandırmadıqlarını bildirib və yazıb: ABŞ ordusunun zabitləri hər gün Ərəbistan ordusunun zabitləri ilə Ər-Riyadda görüşür və Yəməndə günahsız insanların qətliamı üçün  plan hazırlayırlar.
Dissident Voice qəzeti həmçinin yazır: ABŞ-ın Yəmən xalqının qətliamında Ərəbistan ilə əlbir olması son dərəcə təəccüb doğurur.
Amerikada çıxan bu qəzet BMT-nin Ərəbistanın Yəməndəki cinayətlərinə göz yummasını da tənqid edib və yazıb: ABŞ, Ərəbistan və müttəfiqləri Yəməni Qərbin modern silahlarının sınaq yerinə çeviriblər. Halbuki, minlərlə günahsız insan bu hücumların qurbanına çevrilir. BMT isə baş verənlərə göz yumur. /
 

Google+ WhatsApp ok.ru