Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.
 
Trend-in "Qruziya Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.
Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.

Baş nazir postuna xarici işlər naziri Georgi Kvirikaşvilinin təyin ediləcəyi gözlənilir.

Virtualaz.org xarici KİV-lərə istinadən xatırladır ki, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.
 
Gürcüstan KİV-lərində yayılan xəbərlərə görə isə baş naziri xarici işlər naziri Georgi Kvirikaşvili əvəz edəcək. Bundan başqa, Nazirlər Kabinetində digər dəyişikliklər də gözlənilir./

Google+ WhatsApp ok.ru