ABŞ və İngiltərədə kapitalizmə qarşı aksiyalarda onlarla adam saxlanılıb

ABŞ və İngiltərədə kapitalizmə qarşı aksiyalarda onlarla adam saxlanılıb

London və Vaşinqtonda polis kapitalizm sisteminə qarşı etiraz edən onlarla aksiyaçı həbs edilib.
 
Maide.Az-ın verdiyi məlumata görə, Londonda "milyonluq Maska nümayişləri"-ndə onlarla aksiyaçı parlament binası qarşısında atəşfəşanlıq edib, onlardan bəziləri isə altında "axtarışda olan terrorçu və maliyyə faşisti" yazılmış Deyvid Kameronun şəkillərini daşıyıb.
 
Aksiya ərazilərində polis geniş iştiraka malik olub və nəhayət aksiyaçılarla polis arasında toqquşma baş verib, Londonda polis 50-dən çox aksiyaçını həbs edib.
 
ABŞ paytaxtı Vaşinqtonda da nümayişçilər konqres binası qarşısına toplaşaraq ölkənin siyasi və iqtisadi sisteminin səriştəsizliyinə qarşı öz etirazlarını bildirib.
 
Vaşinqton nümayişlərinə də polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb. (presstv) /

Google+ WhatsApp ok.ru