ABŞ xalqının irqçilik əleyhinə etiraz aksiyaları davam edir

Amerikada irqçilik əleyhinə xalq etirazları davam edir.
Maide.az-ın PressTV-yə istinadən məlumatına görə, Vaşinqton dini cəmiyyətləri üzvləri cümə günü gecə amerikalı qaradərili gənci qətlə yetirən polis zabitinin günahsız elan edilməsinə  Vaşinqtonun 16-cı küçəsində şam yandırmaqla etiraz ediblər. 
Bu etiraz aksiyasında iştirak edənlər həmçinin, əllərində ABŞ-ın məhkəmə hakimiyyətində mövcud olan ədalətsizliyə və Amerika polisinin irqçi rəftarlarına qarşı şüarlar yazılmış plakatlar daşıyıblar.
Polis zorakılığı və irqçiliyə qarşı etiraz edənlər qaradərili amerikalının ağdərili polis zabiti tərəfindən qətlə yetirilməsinə etiraz olaraq dünən gecə Nyu-Yorkda polis mərkəzlərinin önündə də aksiyalar təşkil ediblər.
Polis zorakılıqlarının davamlı şahidi olan Harlem məntəqəsində onlarla nəfər piket keçirərək, daha sonra yerli polis məntəqəsinə doğru yürüş ediblər. Polis mərkəzinin qarşısında bir araya gələn aksiya iştirakçıları öz etirazlarını fit çalmaqla bildiriblər.
Nyu-York şəhərinin Bronks və Kuinz məntəqələrində də oxşar etiraz aksiyaları təşkil edən "kütləvi həbsləri durdurun" qrupu da bildirib ki, polisin rəftarı artıq vəhşiliyə çevrilib və biz qatil polislərə etirazımızı fit çalaraq bildiririk.
"Fit çalmaq" ötən həftədən başlanan irqçilik əleyhinə etirazların yalnız bir hissəsi sayılır. Ötən iyul ayında qaradərili amerikalı Erik Qarneri boğaraq qətlə yetirən polis zabiti Daniyel Pantaliyonun "Andlılar Məhkəməsi" tərəfindən günahsız elan edilməsinin ardınca Nyu-York etiraz aksiyalarının şahididir.
Son rəy sorğularına əsasən Nyu-York əhalisi Erik Qarnerlə bağlı ədalətli qərarın çıxarılmadığı qənaətindədir.
Bundan öncə minlərlə turistin "Tayms" meydanında olduğu bir vaxtda etirazçılar əllərində polis zorakılığının qurbanı olan yüzdən çox insanın adı yazılmış vərəqələrlə meydana daxil olublar.
Bu etiraz aksiyasında iştirak edənlər "Susmayacağıq" adlı qrupun üzvü olan incəsənət xadimləri olublar.
Cənubi Manhettendə də 100-dən çox insan bələdiyyə binası önündə piket keçirərək, polis zorakılığına etiraz ediblər.
Amerikada polis zorakılığı və irqçilik əleyhinə etiraz aksiyaları hələ də davam edir və hər gün daha iri miqyas almaqdadır. /
 

 

Google+ WhatsApp ok.ru