Türkmənistanda böyük amnistiya

Türkmənistanda bu gün qeyd olunan Bitərəflik Günü münasibətilə məhkumlara amnistiya elan edilib. 
 
Maide.az xəbər verir ki, prezident Qurbanqulu Berdımuhamedovun 12 Dekabr Bitərəflik Günü münasibətilə imzaladığı əfv sərəncamı çərçivəsində 602 məhbus azadlığa çıxıb.
 
Berdımuhamedov əfvdən faydalanacaq məhkumların bayram günündə ailələrinə qovuşması göstərişini verərək, yerli rəhbərlərdən bu şəxslərin cəmiyyətə yenidən qazandırılması və işlə təmin edilməsi üçün tapşırıq verib.
 
Qeyd edək ki, Türkmənistanda hər il milli və dini bayramlarda məhkumlara amnistiya elan edilir.

Google+ WhatsApp ok.ru