Ağcabədidə narkotik əməliyyatı - 4 nəfər saxlanıldı

Ağcabədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirib. 
 
”Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində əvvəllər də narkotik alveri ilə məşğul olduqları üçün məhkum olunmuş dörd nəfər saxlanılıb. 
 
Belə ki, oktyabrın 28-də Ağcabədi şəhər sakini Mehrəliyev Bəxtiyar Məmməd oğlunun üzərindən 480 qram, oktyabrın 29-u Ağcabədinin Hindağ kənd sakini Allahverdiyev Samir Radil oğlundan 6,2 qram, noyabrın 4-ü Ağcabədi şəhər Xan Şuşinski küçəsi, ev 36-da yaşayan Paşayev Ruslan Füzuli oğlundan 477 qram qurudulmuş marixuana, noyabrın 5-i Bakı şəhər Hövsan qəsəbəsi Əhlimanov küçəsi, ev 10b, mənzil 45-də yaşayan Ələkbərov İsmayıl Əsgərxan oğlundan 0,614 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 
 
Hər dörd faktla bağlı cinayət işi başlanıb, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Google+ WhatsApp ok.ru