Bakıda yeni tuneldə zəncirvarı qəza: 4 maşın toqquşdu

Qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub

Hadisə Ziya Bünyadov Prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə, "Daewoo"ya çırpılıb.  Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin  araşdırma zamanı məlum olub ki, qəza yük maşınının tunelə sürətlə girməsi üzündən baş verib.
 
Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.  Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.
 
 

Google+ WhatsApp ok.ru