Ağcabədidə gənc həkim yol qəzasında ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Rayonun Boyad kəndində Ağdamın Qaradağlı kənd sakini Ağaməmmədov Akif Ələm oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb. Nəticədə 30 yaşlı sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. A. Ağaməmmədovun yaşadığı Qaradağlı kəndində həkim-stomatoloq işlədiyi bildirilir.

Google+ WhatsApp ok.ru