Naqillər qırıldı - Məişət əşyaları sıradan çıxdı

Tovuzda yüksək gərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb.
 
Maide.az  Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektrik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb. Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanğın baş verib. Nəticədə naqillər dirəklərdən ayrılaraq yerə tökülüb. Elektrikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb. Sakinlər bildirir ki, naqillərdə yaranan qısqaqapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatlıq yaradıb.
 
Hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi aradan qaldırmağa çalışıblar. Tovuz EŞ baş mühəndisi Musa Nağıyev hadisəyə subartezian quyusunun transformatorunda baş verən qəzanın səbəb olduğunu bildirib.
 
İdarə rəsmisi gecə saatlarına qədər kəndə elektrik verilişinin bərpa ediləcəyini də bildirib. /

Google+ WhatsApp ok.ru