Aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik məqsədilə İngiltərədə tələbələr aclıq aksiyasına başlayıb - FOTO

Aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik məqsədilə İngiltərədə tələbələr aclıq aksiyasına başlayıb - FOTO

İşğalçı İsrail rejimi həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik göstərmək məqsədi ilə Britaniyada tələbələr aclıq aksiaysı keçirir. 
 
Maide.İnfo xəbər verir ki, Mançester Universitetinin bir qrup tələbəsi işğalçı İsrail rejiminin fələstinli məhbuslardan sui-istifadə etdiyini hər kəsə göstərmək məqsədi ilə aclıq aksiyasına başlayıb.
 
İndiyədək bu aksiyaya 5 tələbə qoşulub. Aclıq aksiyası ötən həftənin cümə axşamı günündən başlayıb və bir həftə davam edəcək. 
 
Tələbələrin bu  aclıq aksiyası həm də işğalçı İsrail rejim həbsxanalarında aclıq aksiyası keçirən 2000 fələstinli məhbusla həmrəylik məqsədi daşıyır. Fələstinli məhbuslar İsrail rejim həbsxanalarındakı pis duruma etiraz olaraq iki həftə öncədən aclıq aksiyasına başlayıb. İşğalçı rejim fələstinli məhbuslara işkəncə verir və onlara qarşı zorakılıq tətbiq edir. 
 
Hazırda İşğalçı İsrail rejim həbsxanalarında 7 minə yaxın fələstinli saxlanılır.
 
Qeyd edək ki, Mançester Universitetinin onlarla müəllimi tələbələrin bu aksiyasını dəstəkləyib. (presstv)
 
اعتصاب غذای دانشجویان بریتانیایی در حمایت از اعتصاب غذای زندانیان فلسطینی
 

Google+ WhatsApp ok.ru