Aclıq aksiyasına daha 220 fələstinli məhbus qoşulub

Aclıq aksiyasına daha 220 fələstinli məhbus qoşulub

"Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyasına daha 220 fələstinli qoşulub. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, fələstinli əsirlərə dəstək üzrə milli komitə bəyanat yayaraq elan edib ki, bu gün (bazar ertəsi) məhbusların məhdudiyyətsiz aclıq aksiyasının 35-ci günündə onlara dəstək məqsədi ilə fələstinlilər səhər saat 11-dən günorta 2-dək tətil edəcək və işləməyəcək. 
 
Qeyd edək ki, fələstinli məhbuslar tərəfindən "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. İlk öncə aclıq aksiyasını 700 məhbus başlamışdır və daha sonra onların sayı 2000 nəfərə çatmışdı. Fələstinli dustaqlar qidadan imtina edərək yalnız su və duz qəbul edir. Duz qəbul edilməsində məqsəd daxili orqanların sağlamlığını qorumaqdır.
 
Aclıq aksiyasına səbəb işğalçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir.
 
Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan tamamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edir.
 
Fələstin KİV-lərinin məlumatına görə, aclıq aksiyası keçirən məhbusların durumu ağırdır. Onlardan bəzisi 20 kq-dan artıq arıqlayıb, gözlərində zəifləmə, ögümə və qusma, halsızlıq kimi hallar artıb. 
Məlumatda bildirilir ki, məhbuslara ailələri ilə görüş icazəsi verilmir və onlar davamlı olaraq bir həbsxanadan digər həbsxanaya aparılır. 
 
Fransa xəbər agentliyinin məlumatına görə, hazırda  işğalçı İsrail rejim həbsxənalarında  6500 fələstinli məhbus saxlanılır. Onlardan 62 nəfəri qadın, 300 nəfəri isə uşaq və yeniyetmədir. 

Google+ WhatsApp ok.ru