`Ad və soyadlar haqqında` qanun layihəsi hazırlanacaq

`Ad və soyadlar haqqında` qanun layihəsi hazırlanacaq

-- yaz sessiyası dövründə..

Milli Məclisin Mədəniyyət komitəsi yaz sessiyası dövründə hazırlayacağı qanun layihələrini açıqlayıb.
 
Maide.Az "faktxeber"-ə istinadən məlumat verir ki, Komitə sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulur.
 
Bununla yanaşı, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinin hazırlanması planlaşdırılır.

Google+ WhatsApp ok.ru