İş adamı Nizami Piriyev həbs olunub 12 May 2015 01:00 Hadisə O, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub. APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir. Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir. Teqlər : #İş adamı Nizami Piriyev həbs olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağ qazisi, `Fəryad` filmindəki baş qəhrəmanın prototipi evində ölü tapıldı Lənkəranda körpü uçdu