Lənkəranda körpü uçdu

Lənkəran rayonunda magistral yolda körpü uçub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 20 radələrində Ələt-Astara magistral yolunun 184.5 kilometrliyində, rayonun Liman şəhəri ərazisindəki Boladıçay üzərində uzunluğu 50, eni 7 metr olan körpü uçub.  
 
Məlumata görə, körpü üzərindən “Shacman” markalı yük maşını keçdikdən sonra uçub.
 
Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah, Boladi-Zövlə yollardan istifadə edirlər. 
 
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.
 
Hadisənin  nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 
Qeyd edək ki uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib./

Google+ WhatsApp ok.ru