Aemerikada anti-İslam aksiyalarına start verilib - FOTO

ABŞ-da yenidən anti-islam aksiyalarına start verilib. Maide.az-ın məlumatına görə, bu dəfə hədəf Arizona ştatının Finiks şəhərində məscididir. Məscidin qarşısına toplaşan yüzə  yaxın amerikalı, yenidən İslama içlərindəki kini göstəriblər. Belə ki, onlar İslam Peyğəmbərinin karikaturalarının sərgisini açaraq, müsəlmanları təxribata çəkməyə çalışıblar.
 
Aksiyada 75 nəfərin iştirak etdiyi, onların bəzilərinin silahlı olduğu bildirilir. Polis məscid yerləşən ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Məscid qarşısına yığışan insanların sayı artmaqdadır. 
 
 
 

Google+ WhatsApp ok.ru