Ağ Ev: İndiyə qədər 180-dən çox amerikalı İŞİD sıralarına qoşulub

Maide.az-ın "Sputnik"ə istinadən verdiyi məlumata görə, Amerika milli təhlükəsizlik müşavirinin müavini Ben Rudis keçirdiyi mətbuat konfransında bildirib ki, İraq və Suriyada İŞİD terrorçularına qoşulan və yaxud qoşulmağa cəhd edən amerikalıların sayı ən azı 180 nəfərdir. 
 
Amerikanın təhlükəsizlik qurumları İŞİD-in sıralarında olan xarici vətəndaşların sayının 20-30 min olduğunu bildiriblər. 
 
Bu qruplaşma hələ də İraq və Suriyada nəzarət etdiyi bölgələrdən çoxlu sayda döyüşçü toplamaqdadır. 
 
Amerika rəsmilərinin bildirdiyinə görə, Avropadan İŞİD-ə qoşulan xarici döyüşçülərin sayı narahatedici həddədir. 
 
Rudes bildirib: "Təhlükəsizlik məsələlərini nəzərə alaraq biz diqqətimizi daha çox İŞİD sıralarındakı terrorçular məsələsinə yönəltmişik. Çünki sonda bu şəxslərin Amerika, Avropa və ya digər ölkələrə qayıtmaları mümkündür. Onlar kamikadze və yaxud terraktların törədilməsində potensial qüvvədirlər." 
 
KİV-in bildirdiyinə görə, hazırda İraq və Suriyada İŞİD sıralarında döyüşən terrorçuların əksəriyyəti Səudiyyə Ərəbistanı, Tunis, İordaniya, Liviya və Mərakeşdəndir. Əlbəttə İngiltərə və Fransa kimi Avropa ölkələrinin vətəndaşları da bu qruplaşmada "fəal" iştirak edirlər.

Google+ WhatsApp ok.ru