Qəzza zolağının böhranlı olması barədə xəbərdarlıq

Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən biri mühasirənin davam etməsi, keçidlərin bağlı olması və bu bölgənin dağıdılan binaların təmir olunmamasına görə Qəzza zolağının vəziyyətinin böhranlı olması barədə xəbərdarlıq edib.
 
Maide.az xəbər verir ki, Xalid əl-Bətşin sözlərinə görə, 50 günlük Qəzza müharibəsinə son qoymaq üçün Qahirədə irəli sürülən anlaşmaya əsasən ikitərəfli atəşkəs keçidlərin açılması, Qəzzanın infrastrukturlarının bərpası və bölgə əhalisinin dünya ilə əlaqə qurmasına şəraitin yaradılması şərti ilə imzalandı: "Düşmən İsrail indiyə qədər mühasirəyə son qoymayıb və Qəzza zolağının bərpasına şərait yaratmayıb və hələ də didərginlərin evləri məhv olmuş vəziyyətdədir. Onlar qeyri-münasib şəkildə yaşayırlar. Əgər düşmən Qahirə anlaşmasına sadiq deyilsə, Qəzza zolağında vəziyyətin acınacaqlı olmasında məsuliyyət daşıyır."

Google+ WhatsApp ok.ru