Ağ ev bəzi jurnalistləri brifinqə buraxmayıb 25 Fevral 2017 02:00 Dünya ABŞ-da bir qrup media nümayəndəsi Ağ evin qeyri-rəsmi brifinqinə buraxılmayıb. Prezident Administrasiyası CNN, The New York Times, Los Angeles Times, Politico, BuzzFeed və The Daily Mail kimi media qurumlarının jurnalistlərini mətbuat konfransına buraxmaqdan imtina edib. CNN-in məlumatına görə, brifinqə Breitbart News, The Washington Times и One America News Network kimi mühafizəkar nəşrlərin təmsilçiləri buraxılıblar. Associated Press agentliyi və The Time jurnalının əməkdaşları həmrəylik göstərərək brifinqə qatılmaqdan imtina ediblər. Prezident Adminstrasiyası hələ ki, vəziyyəti şərh etməyib. Ötən həftə Tramp NBC, ABC, CBS, CNN telekanallarını və The New York Times qəzetini Amerika xalqının düşmənləri adlandırıb. Buna qədər isə çıxışlarında bəzi media qurumlarını yalan xəbər yaymaqda ittiham edib. (azadliq.org) Teqlər : #Ağ ev bəzi jurnalistləri brifinqə buraxmayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Amnistiya Təşkilatı Myanmardakı etnik təmizləməni qınadı Nigeriya xalqı Şeyx Zəkzakinin azadlığa buraxılması tələbilə mitinqləri davam etdirir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO