Beynəlxalq Amnistiya Təşkilatı Myanmardakı etnik təmizləməni qınadı

Beynəlxalq Amnistiya Təşkilatı Myanmardakı etnik təmizləməni qınadı

Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı illik hesabatında Myanmarda müsəlmanlara qarşı keçirilən etnik təmizləməni məhkum etdi.
 
Maide.Az-ın verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı illik hesabatında Myanmarda müsəlmanlara qarşı aparılan etnik təmizləməni məhkum etdi.
 
"ARAKAN" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, Beynəlxalq Amnistiya Təşkilatı dünyada insanlar haqları barədə hazırladığı "Dünyada İnsan Haqlarının Vəziyyəti" adlı illik hesabatında hələ də minlərlə rohangiyalı müsəlman hüquqi şəxsiyyətini təsdiq edən milli kimliyinin olmasından məhrumdur. Və bunun da nəticəsində Myanmarda müsəlmanlar etnik təmizləməyə və öz diyarından qaçqın düşməyə məruz qalıb.
 
Beynəlxalq Amnistiya Təşkilatı hesabatın davamında bildirir ki, bu təşkilatının əldə etdiyi məlumatlara görə, Myanmar hərbiçiləri "rohangiya"lı sivil və mülkü müsəlmanlara qanunsuz olaraq atəş açaraq qətliam edib, onlara qarşı təcavüz  edərək həbsə edib.
 
Hesabatda deyilir: Myanmar dövlətinə bağlı media qrumları və "kiv" vasitələri də mətbuatda müsəlmanları insan saymayacaq dərəcədə məqalələr və materiallar dərc edir ki, bu məsələdə çox narahatedicidir.
 
Myanmarın şimal- qərbində yerləşən Arakan (Raxin) əyalətinin "Rohangiya" regionunda yaşayan müsəlman azlıqlar keçən ilin payız aylarından myanmarlı hərbi qoşunların vəhşi hücumlarına məruz qalmış və buddistlərin qeyri-insani hücumlarının ucbatından evlərindən didərgin düşüb.
 
Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatının 2016- 2017- ci il üçün hazırladığı "Dünyada İnsan Haqlarının Vəziyyəti" barədə hazırladığı illik hesabatda dünyanın 51 ölkəsinin insan haqları barədə geniş təhlil verilmişdir. (iqna) /

Google+ WhatsApp ok.ru