Ağ Evdən Ərdoğana sərt tənqid

ABŞ Prezidenti Barak Obamanın sözçüsü Coş Earnest Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik sərt tənqid səsləndirib.
 
ABŞ-ın aparıcı nəşrlərindən olan "The Atlantik"in yayımladığı "Obama Doktrinası" başlıqlı xəbərdə Prezident Barak Obamanın Prezident Tayyib Ərdoğanı "avtoritar" və "fiasko" kimi səciyyələndirdiyi iddiaları yer almışdı.
 
Ağ Ev sözçüsü Earnest ötən gün prezident təyyarəsi "Air Fors One"dakı mətbuat konfransında bu iddiaları təkzib etməyərək, Ərdoğana qarşı çox sərt iradlar səsləndirib.
 
"ABŞ-da və dünya miqyasında müdafiə etdiyimiz ümumbəşəri dəyərlərin Türkiyə hökuməti tərəfindən yetərincə dəstəklənmədiyini hiss etmişik. Bir misal çəkim. Türk hökuməti bugünlərdə "Zaman" qəzetini təhvil aldığını bildirib. Biz ABŞ-da mətbuat azadlığını dərindən qiymətləndiririk - əslinə baxsanız, bu an bu söhbəti etməyimizin səbəbi də budur. Buna oxşar dəyərlərin bu qədər açıq şəkildə ayaqlar altına atılmasından narahatıq."
 
Bu arada ABŞ-ın paytaxtı Vaşinqtonda 29-31 mart tarixində keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcəyini açıqlayan Prezident Ərdoğanın səfərinə Ağ Evdən hələ təsdiq gəlməyib.

 

Google+ WhatsApp ok.ru