Gülbəddin Hikmətyardan sülh bəyanatı

Əfqanıstanda Talibandan sonra ən böyük silahlı qrup olan Gəlbəddin Hikmətyara bağlı "Hizb-İslam" hökumətlə sülh danışıqlarına başlamağa hazır olduğunu açıqlayıb. Qrup sözçüsü martın 13-də bəyanat verərək sülh danışıqları üçün maraqlı olduğunu deyib.
 
Maide.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Taliban və İŞİD-ə dəstək verdiyi iddiasıyla Gəlbəddin Hikmətyarın "Hizb-İslam" qrupunu terror qrupu kimi qiymətləndirməsinə baxmayaraq, son illərdə ABŞ və Əfqanıstan hökumətinin nümayəndələri bu qrup vəkilləri ilə bir neçə dəfə danışıqlar aparıb.
 
Ötən il Gəlbəddin Hikmətyar öz tərəfdarlarını Talibana qarşı İŞİD-i dəstəkləməyə dəvət etmişdi.
 
Əfqanıstan müqavimətinin əsas qolu olan Taliban hərəkatı isə bu ayda keçirilməsi gözlənilən sülh danışıqlarına şərtləri yerinə yetirilməsə, qatılmayacağını açıqlamışdı.

Google+ WhatsApp ok.ru