Ağ Ev yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb

Maide.az Reuters- e istinaden xəbər verir ki,  ABŞ-ın federal rəsmiləri cümə günü Vaşinqtonda Ağ Ev binasının yaxınlığında pilotsuz təyyarənin qəzaya uğradığını bildiriblər.
 
ABŞ federal rəsmiləri bununla bağlı qeyd ediblər ki, təyyarəni idarə edən “Havard Salamon” adlı şəxs hal-hazırda federal ittihamlarla üz-üzədir.
Bu pilotsuz təyyarə yerli vaxtla səhər saat 01:20 dəqiqədə Ağ Evin cənub hissəsində, küçənin qarşı tərəfində yerə çırpılıb.
Amerika polisi bu hadisə ilə əlaqədar bildirib ki, ABŞ Məxfi Xidmətinin əməkdaşları həmin təyyarəni havada uçarkən müəyyən edə biliblər. ABŞ federal qanunlarına əsasən, Ağ Ev ətrafında sərnişin təyyarələrin uçuşu qadağandır. Bu, cari il ərzində üçüncü dəfədir ki Ağ Ev yaxınlığında pilotsuz təyyarə yerə enir./

Google+ WhatsApp ok.ru