Afrika Birliyi fövqəladə toplanacaq

Burkina Fasoda həyata keçirilən hərbi çevrilişdən sonra siyasi böhrana çarə tapmaq məqsədilə

Çevrilişi edənlərlə siyasilər arasında ötən cümə günündən bu yana vasitəçilik edən Seneqal prezidenti Macky Sall açıqlamada, tərəflərə təqdim olunan razılaşma şərtlərinin Afrika Birliyi toplantısında baxılacağını bildirib.
 
Maide.az xəbər verir ki, razılaşma şərtləri ilə bağlı məlumat verən Sall, "Sabah Nigeriyanın paytaxtı Abujada Birliyin müzakirə edəcəyi həll yolunda, istefa verdiyi açıqlanan müvəqqəti dövlət başçısı Mişel Kafandoya hakimiyyətin təhvil verilməsi, buna qarşılıq çevrilişçilərin bağışlanması və xalq qiyamı nəticəsində vəzifədən imtina edən keçmiş dövlət başçısı Blaise Compaore tərəfdarlarının və yaxınlarının gələcək seçkilərə girməsinə imkan verilməsi maddələri yer alır", - deyib.
 
Eyni zamanda Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (CEDEAO) sədrliyini də icra edən Sall, gələn ay keçirilməsi planlaşdırılan parlament seçkilərinin də 22 noyabrda keçirilməsinin təklif edildiyini deyib.
 
Xatırladaq ki, Burkina Fasoda 16 sentyabrda Prezident Qvardiyası paytaxt Ouagadougouda keçirilən kabinet iclasını basaraq, hakimiyyəti ələ keçirdiyini açıqlamışdı. Müvəqqəti dövlət başçısı Kafando, baş nazir Yacouba İsaak Zida və nazirləri həbs etməsindən sonra baş verən qarşıdurmalarda 10 nəfər ölmüş, 113 nəfər də yaralanmışdı.

Google+ WhatsApp ok.ru