BMT-dən Suriyalı qaçqınlara dəstək çağırışı

BMT-nin Humanitar İşlər və Fövqəladə Hallar Koordinatoru Stefan O'Brein beynəlxalq cəmiyyəti Türkiyə və İordaniyanın üzərindəki Suriyalı qaçqın yükünü yüngülləşdirməyə çağırıb

İordaniyaya etdiyi səfər çərçivəsində paytaxt Əmmanda mətbuat konfransı keçirən O'Brein "Beynəlxalq birlik Türkiyə və İordaniya ilə əsl tərəfdaşlıq quraraq, köçkünlərin artan sayı səbəbiylə üzərilərində olan böyük yükü yüngülləşdirməyə çalışmalıdır" - deyib.
 
Maide.az xəbər verir ki, O'Brein Türkiyənin Qaziantep vilayətinə son olaraq etdiyi səfərdə Türkiyə hökumətinin qaçqınlara edilən yardımları gördüyünü, İordaniyanın da suriyalı qaçqınlar mövzusunda təqdim etdiyi yardımların qənaətbəxş olduğunu söyləyib.
 
Suriyalıların ehtiyaclarının ödənilməsi üçün toplanan bütün fondların 2015 il tələbatının yalnız 38 faizlik bir qisminə uyğun gəldiyini qeyd edən O'Brein dünya ölkələrini xüsusən İordaniyadakı suriyalılara dəstək olmağa çağırıb.
 
İordaniyada rəsmi rəqəmlərə görə, 1 milyon 400 mindən çox Suriyalı var.

Google+ WhatsApp ok.ru