Afrikada qaçqınların, məcburi köçkünlər və miqrantların sayı 20 milyon nəfəri ötüb

Afrikada qaçqınların, məcburi köçkünlər və miqrantların sayı 20 milyon nəfəri ötüb

Afrikada qaçqınların, məcburi köçkünlərin və miqrantların sayı rekord səviyyəyə çatıb. 
 
Maide.Az “AA”-a istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən Afrika strateji araşdırmalar mərkəzinin yayımladığı yeni hesabata görə, qaçqınlar, məcburi köçkünlər və miqrantların sayı artıq 20 milyon nəfərə çatıb. 
 
Hesabatda bildirilir ki, qeyri-leqal miqrantların sayı da nəzərə alınarsa, çox güman ki, onların sayı daha da çoxdur. 
 
Hesabata görə, 20 milyondan 63 faizi (12,7 milyon nəfər) məcburi köçkünlər, 33 faiz (6,7 milyon nəfər) qaçqınlar və 3 faiz (690 min nəfər) isə miqrantlardır. 
 
Miqrant və məcburi köçkünlərin ümumu sayının 75 faizini Cənubi Sudan, Konqo Demokratik Respublikası, Nigeriya, Somali və Sudanın sakinləri  təşkil edir.
 
Afrikada 44 milyondan artıq insanın  təcili humanitar yardıma ehtiyacı var və böhran şəraitində yaşayır.
 
Hesabatda qeyd olunur ki, Somali, Nigeriya və Cənubi Sudanın bəzi bölgələrinin əhalisi aclıqdan əziyyət çəkir. 
 
Təkcə ötən il Mali, Nigeriya, Somali, Mərkəzi Afrika Respublikasında, Keniya və Cənubi Sudanda humanitar təşkilatların 51 əməkdaşı öldürülüb.

Google+ WhatsApp ok.ru