Şagirdini xilas edib özü Kürdə batan müəllimin cəsədi hələ tapılmayıb 27 Dekabr 2014 02:00 Hadisə Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş Əhliman Hüseynovun cəsədi hələ də tapılmayıb. Ə.Hüseynovun cəsədinin axtarışları artıq üçüncü həftədir davam edir. Axtarışlarda FHN-in müvafiq strukturları ilə yanaşı yerli sakinlər də iştirak edir. Amma meyiti tapmaq hələ mümkün olmayıb. Buna baxmayaraq nə FHN, nə də mərhum Ə.Hüseynovun yaxınları axtarışları dayandırmaq fikrində də deyillər. Qeyd edək ki, bu faciəvi hadisə dekabrın 5-də baş verib. Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynovun şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən iş yerinə - məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Məktəbli qız Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində xilas edilsə də müəllim çayda boğularaq batıb. Teqlər : #Şagirdini xilas edib özü Kürdə batan müəllimin cəsədi hələ tapılmayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Nigeriya vətəndaşları dəm qazından zəhərləndilər Yeni avtobusun siftəsini elədilər – Qəza