Şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralandı - ABŞda 18 Avqust 2018 01:00 Dünya ABŞ-ın Palm-Biç şəhərindəki (Florida ştatı) orta məktəblərdən birinin ərazisində baş vermiş münaqişə zamanı 2 şagird odlu silah yarası alıb. Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Palm-Biç dairəsi şerifinin ofisi məlumat yayıb. Tədris müəssisəsinin stadionunda futbol oyunu zamanı atışma barədə çoxsaylı məlumatlardan sonra məktəbə polis dəstələri cəlb olunub. "Məktəb ərazisindəki tədbirdə iştirak edən bir qrup şagird mübahisə edib ki, bu da onlardan ikisi arasında atışmaya səbəb olub. Yaralılardan biri məktəb ərazisində aşkar olunub, digəri isə xəstəxanaya aparılıb", — deyə polis idarəsi "Twitter"də yazıb. Polis hələ ki, yaralıların vəziyyəti, onların adı və yaşı barədə informasiyaya malik deyil. Teqlər : #Şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralandı ABŞda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistan zindanında tanınmış din xadimi işgəncə ilə öldürüldü İraqda Sədr, İbadi, Həkim və Allavi koalisiya qurduqlarını elan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO