AİHM Rusiyanı məhkum edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 1990-ci ildə Moldovadan ayrılaraq müstəqilliyini elan edən Transdinyester Muxtar Respublikasında yaşayan bir nəfərin pis rəftar gördüyü barədə şikayət ərizəsində Rusiyanı məhkum edib.
 
Maide.az xəbər verir ki, sözügedən muxtar respublikada korrupsiya cinayətinə görə həbs edilən Boris Mozer adlı vətəndaş, Rusiya və Moldova əleyhinə etdiyi müraciət barədə qərar çıxaran AİHM, Avropa İnsan Hüquqları Konvensiyasının (AİHS) 3,5,8, 9, 13-ci maddələrinin Rusiya tərəfindən pozulduğuni bildirib. Rusiya buna görə Borisə 29 min avro cərimə ödəyəcək.

Google+ WhatsApp ok.ru