Şahzadə Muqrin həbs olunub, başqa bir şahzadənin isə edam olunduğu deyilir

Maide.az-ın məlumatına görə, Səud şahzadəsi Muqrin bin Əbdüləziz Ali-Səud ev dustağıdır və təqribən bir həftədir ki, mobil telefon və internetdən istifadə edə bilmir. O, həmçinin öz sarayında qonaqları qəbul etmək və sarayın içində iclas keçirməkdən məhrumdur.
 
Ərəbistan kralı Salman bin Əbdüləziz bir neçə həftə bundan öncə öz vəliəhdi şahzadə Muqrin bin Əbdüləzizi kənarlaşdıraraq, daxili işlər naziri Məhəmməd bin Naifi öz canişini təyin etdi. Bu üzdən, Ərəbistan kralının bu addımları Ali-Səud xanədanının ikinci nəsli əsas vəzifələrə yiyələnsinlər.
 
Ötən həftə Ərəbistan kralının terror edilməsinə səy haqda şayiələr yayıldı və dərhal Muqrin bin Əbdüləziz bu hərəkətdə ittiham edildi və ardınca kral öz sarayının rəsmi mərasimlər üzrə rəisinin edamı barədə göstəriş verdi. Salman bin Əbdüləziz hətta Muqrin bin Əbdüləzizin edamı barədə də göstəriş vermişdi, amma bəzi səbəblərə görə, onun ev dustağı edilməsi ilə kifayətləndi.
 
Digər tərəfdən, heç kəsin Şahzadə Əhməd bin Əbdüləzizin taleyindən xəbəri yoxdur və siyasi müşahidəçilər ehtimal verirlər ki, o, həbs olunub. Bəzi şayiələr də Şahzadə Əhməd bin Əbdüləzizin edamından xəbər verir.

Google+ WhatsApp ok.ru