İsveçdə mühacir və İslam əleyhdarı siyasi partiya ləğv edildi

İsveçdə faşizm tərəfdarı İsveçlilər Partiyasının (Svenskarnas Partiya) sədri Ştefan Jacobsson partiyanın internet saytından verdiyi açıqlamada böyük sərmayə qoymalarına baxmayaraq, 2014-cü ilin sentyabrında keçirilən seçkilərdə ümid etdiklərini tapmadıqları üçün partiyanı bağlamaq qərarı verdiklərini bəyanlayıb.
 
Maide.az-ın məlumatına görə, miqrantları ölkədən çıxarmaq, İsveç sərhədlərini tamamilə əcnəbilərə bağlamaq və İslamın ölkə boyu ləğvi məqsədilə 2008-ci ildə qurulan İsveçlilər Partiyası 2014 seçkisində 7 milyon etibarlı səsin yalnız 10 minini qazanmışdı.

Google+ WhatsApp ok.ru