Ailəsi ilə birlikdə Suriyada döyüşməyə getmək istəyən azərbaycanlı həbs olunub

Azərbaycandan Suriyaya qaçmaq istəyən şəxs tutulub.
 
Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satmaq adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.    
 
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.
 
Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru